26 noyabr 2012 17:12
Azərbaycan yığmasında yeni braziliyalı
Bu gün futzal üzrə Azərbaycan yığmasının yeni təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, yığmamızın hazırlığı iki həftə davam edəcək.
Komanamızın hazırlıqlarına əsas heyət üzvləri ilə yanaşı birinci divizionda çıxış edən klublardakı oyunçulardan da dəvət olunub. Yeni futzalçılar arasında “Araz”ın braziliyalı qapıçısı Lacio Buranello da var.
Qeyd edək ki, Buranello Azərbaycan vətəndaşı deyil. Amma onun tezliklə Azərbaycan pasortu alması gözlənilir.
