26 noyabr 2012 17:27
Ramiz Məmmədov: Bizi ancaq qələbə qane edəcək
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qaradağ Lökbatan”la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qaradağ Lökbatan” adi klub deyil. Bilirsiz ki, bu komanda birinci divizionun ötən mövsümünü çempion kimi başa vurub. Heyətlərində əla futbolçular çıxış edir. Amma “Qəbələ”nin kubokdakı hədəfi də mümkün qədər yaxşı çıxış etməkdi. Bu rəqibimizi məğlub edib, növbəti mərhələyə çıxmaq istəyirik. Arxayınlaşmağa haqqımız yoxdu. Komandamızı qarşıdakı oyunda ancaq qələbə qane edəcək”.