26 noyabr 2012 17:50
Elçin Məmmədovdan şok ittiham!
“Bakı” – “Neftçi” matçının baş hakimi Elçin Məmmədov idarə etdiyi qarşılaşmanın mübahisəli epizodları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bilirəm ki, “Bakı” rəsmiləri komandanın məğlubiyyətində məni günahkar hesab edirlər. Amma onların bu ittihamlarının əvəzinə məsləhət görərdim ki, İbrahim Karqbonun epizoduna diqqətlə baxsınlar. Birinci hissədə o, dəqiq ötürmə verdi... İmamverdiyev təsadüfən qol vura bilmədi. İkinci hissədə isə o, Cavidi yıxdı və penaltiyə səbəb oldu. Oyunun sonunda Flavinyonun qol vurmasında da “əməyi” oldu. Hesab edirəm ki, bu oyunda heç bir səhvə yol vermədim”.