26 noyabr 2012 17:55
İnter - Neftçi matçı üçün rəmzi aksesuar (FOTO)
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Neftçi" oyunu üçün süsusi şərflər hazırlanır. Azerisport.az xəbər verir ki, İtaliya təmsilçisi "Neftçi"yə ünvanladığı rəsmi məktubda hazırlanacaq şərfi 6 ayrı variantda təqdim edib.
Bu nüsxələrdən biri "Neftçi" PFK tərəfindən seçiləcək və istehsala göndəriləcək. Qeyd edək ki, "İnter" - "Neftçi" matçı 6.12.2012 tarixində İtaliyada təşkil olunacaq.
