26 noyabr 2012 21:49
Berti Foqts yığmamıza yeni futbolçular çağırdı
Xəbər verdiyimiz kimi, dekabrın 3-dən 5-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts bu hazırlıq prosesi üçün heyəti açıqlayıb.
Almaniyalı mütəxəssis bu toplanışa xeyli yeni futbolçular dəvət edib. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Aqil Məmmədov – “Bakı”
Emil Balayev – “Neftçi”
Eyyub Əliyev– “Simurq”
Vurğun Hüseynov – “Qəbələ”
Tural Nərimanov – AZAL
Tural Axundov – “Rəvan”
İlkin Qırtımov - “Simurq”
Urfan Abbasov – “Qəbələ”
Şəhriyar Əliyev – “Bakı”
Samir Zərgərov – “İnter”
Elnur Abdulov - “Qarabağ”
Eşqin Quliyev – “Neftçi”
Rövşən Əmiraslanov – “Qəbələ”
Taqim Novruzov - AZAL
Azər Məmmədov – “Turan”
Asif Mirili – “Simurq”
Murad Səttarlı - “Simurq”
Namiq Ələsgərov – “Bakı”
Ruslan Qurbanov – “Sumqayıt”
Pərdis Fərcad-Azad – “Sumqayıt”
Rüfət Dadaşov – “Kayzerslautern II” (Almaniya)
Orxan Həsənov - AZAL
Ağabala Ramazanov – “Xəzər Lənkəran”
Kazım Kazımlı– “XəzərLənkəran”
Orxan Əliyev– “Sumqayıt”
Qeyd: Emil Balayev və Eşqin Quliyev dekabrın 6-da İtaliyanın Milan şəhərində, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter" – "Neftçi" oyunu üçün "Neftçi"nin heyətində İtaliyaya getməyəcəyi təqdirdə millinin təlim-məşq toplanışında iştirak edəcəklər.
