26 noyabr 2012 22:05
Asim Xudiyev Bordo - Nyukasl oyununda
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
O, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 6-da, Bordo şəhərindəki "Chaban-Delmas" stadionunda keçiriləcək "Bordo" (Fransa) - "Nyukasl" (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
