26 noyabr 2012 11:18

Elvin Məmmədov: 10 000-ci qolun müəllifi olduğumu bilmirdim

“Bakı”nın kapitanı Elvin Məmmədov Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb. “Zolaqlılar”ın yarımmüdafiəçisi 1:2 hesablı məğlubiyyətdən sonra bunları dilə gətirib:

“Hesabı aça bildik, amma üstünlüyümüzü qoruya bilmədik. Son dəqiqələrdə qol buraxmaq həmişə ağırdı. Azlıqda qalmağımız oyunumuza dərhal təsir göstərdi. Hər halda bu futboldu, belə şeylər olur”.

O, baş hakim Elçin Məmmədovun idarəçiliyindən də danışıb: “Hakimlikdən danışacağam, başlayacaqlar məni tənqid etməyə. Əgər kimsə düzgün olmayan qərarın qəbul olunduğunu görürsə, bunu deməlidi. Hər şey ədalətli olmalıdı. Bu gün də bəzi epizodlar var idi ki, hakim lazımsız yerə qayda pozuntusu qeydə alırdı”.

Məmmədovun fikrincə, referi ümumiyyətlə Novruz Məmmədovu meydandan qovmamalıydı: “Bəli, o, kobud oynamışdı. Amma hakim də səhvə yol verdi. Bizdə futbolçu dəyişikliyi baş verməmiş hakim oyunun bərpasına icazə verdi. Belədə Novruz da dərhal epizoda müdaxilə etməyə tələsdi. Hakim buna imkan verməməliydi. Bəlkə də mən səhv edirəm. Lakin düşünürəm ki, futbolçunun mövqeyinə çəkilməsini gözləmək lazımdı ki, oyunu bərpa edəsən. Burda isə anlaşılmazlıq baş verdi. Mən hakimə yanaşıb ona səhvini başa salmağa çalışdım. Ümid edirəm ki, müvafiq qurumlar həmin epizoda baxıb lazım olan qərarı çıxaracaqlar”.
 
Maraq üçün qeyd edək ki, Elvin Məmmədov bu oyunda həm də Azərbaycan çempionatlarında vurulmuş 10 000-ci qolun müəllifi oldu. Amma o, özü bundan xəbərsiz olduğunu deyir: “Əlbəttə, belə tarixi qolun müəllifi olmaq xoşdu. Amma mən heç 10 000-ci qolun müəllifi olduğumu bilmirdim”.

“Bakı”nın futbolçusu “Sumqayıt”la qarşıdakı oyundan da danışıb: “Bakı” böyük klubdu. Biz nəyin bahasına olur-olsun bu vəziyyətdən çıxmalıyıq. Amma bu, heç də asan olmayacaq. Çalışacağıq ki, “Sumqayıt”la kubok oyununda uğur qazanaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.