27 noyabr 2012 00:28
“Simurq İnterlə heç-heçə də etsəydi, belə söhbətlər yayılacaqdı”
“Simurq”un yarımmüdafiəçisi Ruslan Poladov Topaz Premyer Liqasının 14-cü turunun “İnter”lə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter” üzərindəki qələbənizlə bağlı nə deyə bilərsiz?
- Birinci dövrədə biz bu komandaya məğlub olanda, çoxlu şayiələr dolaşırdı. Guya ki, klublar arasında bununla bağlı razılaşma olmuşdu. Məhz həmin oyundan sonrakı söhbətlərə son qoymaq üçün bu dəfə qələbə qazanmağı çox istəyirdik. Çətin oyun oldu. Amma istəyimizə çata bildik.

- Amma qələbə qazanmağınıza rəğmən, yenə də oxşar şayiələr dolaşmaqdadı...
- Bu barədə eşitməmişəm. Düzünü deyim ki, bu barədə nə oyundan öncə, nə də sonra mətbuatdan xüsusi heç nə oxumamışam. Beynimi lazımsız xəbərlərlə doldurmaq istəmirəm. Biz oyunçular sadəcə nəticə qazanmaq haqda düşünürük. Kimin nə yazması bizi maraqlandırmır. Hətta heç-heçə də olsaydı, nəsə yazmağa söz tapacaqdılar.
- Belə bir versiya var ki, “İnter” “Simurq”a 3 xalı ona görə verdi ki, hər ikisi ilk altılıqda qalsın və final mərhələsindəki altı xalı indidən təmin etsin...
- Biz hələ ilk altılığa vəsiqə qazanmamışıq. Bunu heç “İnter” də təmin etməyib. Qarşıda hələ çox oyun var. İlk altılığa vəsiqə qazanacağımız halda da, kiməsə xal bağışlamağa hazırlaşmırıq. Əgər bizim avrokuboklara vəsiqə qazanmaq şansımız olacaqsa, niyə “İnter”ə xal verməliyik?
- Bu söhbətlər sizə çox təsir edir?
- Ötən mövsüm mən “İnter”in heyətindəydim və “Simurq”a qarşı oynamışdım. Belə söhbətlər o vaxt da var idi. Biz Sergey Yuranın komandasından altı xalı az qala davayla aldıq.
- Ötən mövsüm mən “İnter”in heyətindəydim və “Simurq”a qarşı oynamışdım. Belə söhbətlər o vaxt da var idi. Biz Sergey Yuranın komandasından altı xalı az qala davayla aldıq.
- “İnter”ə 9-cu turdakı məğlubiyyətdən sonra qələbəyə həsrət idiniz. Amma bu uğursuz seriyaya da məhz “bankirlər”lə görüşdə son qoydunuz...
- Növbəti turda “Sumqayıt”ı da mütləq məğlub etməliyik. İlk altılığa vəsiqəni məhz bu il təmin etmək istərdik. Amma bunun üçün bu il keçirəcəyimiz qalan oyunları uğurla başa vurmağımız lazımdı. Liderlər qrupundakı komandalar arasında fərq çox azdı. Bir-iki uğursuzluq vəziyyəti çox dəyişir.
- Noyabrın 28-də sizi kubokda da AZAL ilə oyun gözləyir...
- Kubok avrokuboklara ən qısa yoldu. Bəli, bizi səfərdə çox həlledici oyun gözləyir. Biz bu qarşılaşmanı qələbə ilə başa vurmalıyıq. Hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı.