27 noyabr 2012 00:36
“Neftçi bu turnirdə yalnız o halda iştirak edər ki, UEFA-nın bayrağı altında keçirilsin”
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Rusiyanın “Zenit” klubunun və “Gazprom”un rəsmilərindən Aleksey Millerin MDB ölkələri təmsilçiləri arasında yeni çempionatın təşkil olunması ideyasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“MDB ölkələri təmsilçiləri arasında yeni liqanın yaradılması ideyası bizim üçün maraqlı görünür. Amma “Neftçi” belə turnirlərdə yalnız o halda iştirak edə bilər ki, çempionat UEFA-nın bayrağı altında keçirilsin. Onlar Birlik Kubokuna oxşar bir turnir keçirmək fikrindədirlərsə, bu, bizə maraqlı deyil. Hazırda “Neftçi” UEFA Kubokunun qrup mərhələsində çıxış edir. Gələcəkdə belə mötəbər turnirlərdə daha böyük uğurlar qazanmağı hədəfləyirik. Növbəti mövsümdə də qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.