26 noyabr 2012 12:56
Neftçinin qapıçısını təhqir edən futbolçu cəzalandı
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində bakıda keçirilən “Neftçi” – “Partizan” (Serbiya) oyununda qırmızı vərəqə alan Aleksandar Mitroviç cəzalandırılıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu 3 min avro cərimə edib.
Qeyd edək ki, matçda hesabı bərabərləşdirən Mitroviç daha sonra qırmızı vərəqə almışdı. Bu zaman “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçi söyən futbolçu gərginliyə səbəb olmuşdu.
