27 noyabr 2012 00:49
Millimizin üzvü Trabzonspora qarşı oynaya bilmədi
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 13-cü tur çərçivəsində evdə “Trabzonspor” ilə qarşılaşıb.
Görüş 3:0 hesabıyla “Eskişehirspor”un xeyrinə başa çatıb. Beləcə, əskişəhərlilər mövsümdə altıncə qələbəsinə sevinib.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də də yer verməyib.
“Eskişehirspor” hazırda 21 xalla 5-ci yerdə gedir.
