26 noyabr 2012 13:19
Yardımlıda AƏFM üzrə tədbir keçirilib
Yardımlı rayonunda Açıq Əyləncəli Futbol Məktəbi lahiyəsi üzrə tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın 1-ci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, lahiyənin kordinatoru Kərim Ağayev və Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə iştirak ediblər.
100 nəfərdən artıq kiçik yaşlı məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə futbol geyimləri, idman ləvazimatları və futbol topları hədiyyə olunub.
