26 noyabr 2012 13:33

Qələbə ilə qırılan rekord

Topaz Premyer Liqasının XIV turunda “Rəvan”ın qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəldi. Azerisport.az xəbər verir ki, Bakıdakı oyunda qazanılan qələbə ardıcıl 4-cü oldu.
 
Belə ki, oktyabrın 31-də səfərdə “Qarabağ”ı, noyabrın 3-də evdə “Neftçi”ni eyni - 2:1 hesabı ilə yenən Ramiz Məmmədovun yetirmələri ötən tur qələbə seriyasını 3-ə çatdırmışdı. Bu, noyabrın 19-da “Kəpəz”lə ev oyunundakı 2:0 hesablı qələbə sayəsində mümkün olmuşdu.
 
Bu dəfə isə “Rəvan”ı udan “Qəbələ” uğurlu seriyasını 4-ə çatdırdı. Oktyabrın 27-də öz meydanında “Turan”a 0:1 hesabı ilə uduzduqdan sonra xal itirməyən komanda rekorda imza atdı.
 
Belə ki, 2006/07 mövsümündən başlayaraq Premyer Liqada çıxış edən “Qəbələ” indiyədək belə qələbə seriyasına malik olmayıb. Güclülər sırasında 7-ci mövsümünü keçirən komanda bu müddətdə 71-ci qələbəsini qazanıb. Lakin heç vaxt bu uğurlardan 4-ü ard-arda olmamışdı.
 
İndiyədək klub tarixinin Premyer Liqadakı rekordu ardıcıl 3 qələbə idi. Belə seriyalar 6 ildən artıq müddətdə 5 dəfə qeydə alınmışdı. 3 dəfə məğlubiyyət, 2 dəfə isə heç-heçə qələbə seriyasını dayandırmışdı.
 
2007/08 mövsümündə ABN və “Turan”ı eyni – 2:1, “Gənclərbirliyi”ni 6:0 hesabı ilə məğlub edən Ramiz Məmmədovun başçılıq etdiyi komanda “Masallı”ya 0:1 hesabı ilə uduzaraq seriyasını 4-ə çatdırmamışdı.
 
2009/10 mövsümündə isə Məmmədovun yetirmələri “Olimpik”i 2:1, “Neftçi” və “Turan”ı isə eyni 1:0 hesabı ilə məğlub edərək 3 qələbəni sıralamışdı. Lakin 3 il əvvəl “Qəbələ”ni “Bakı” dayandırmışdı – 0:2.
 
Toni Adamsın komandada debüt etdiyi – 2010/11 mövsümündə 2 belə seriya olmuşdu. “Qarabağ”ı 2:1, “Simurq”la “Muğan”ı eyni – 2:0 hesabı ilə yendikdən sonra AZAL məğlub edilməmişdi – 0:0. II dövrədə “Simurq” 4, MOİK 3, “Turan” 1 cavabsız qolla məğlub edildikdən sonra yenə qələbə seriyasını AZAL heç-heçə ilə qırmışdı – 2:2.
 
Ötən mövsüm Fatih Kavlakın rəhbərliyi altında da 1 3 qələbəlik seriya qeydə alındı. “Simurq” 1:0, “Xəzər Lənkəran” 2:1 və “Rəvan” 4:0 hesabı ilə məğlub edildikdən sonra “Qəbələ” “Kəpəz”lə qarşılaşmada seriyasını uzada bilməmişdi – 2:3.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.