27 noyabr 2012 01:23

Julius Vobay: Baş hakimin qərarını ədalətli sayıram

“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay Topaz Premyer Liqasının 14-cü turunun “Bakı” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb. Təcrübəli futbolçu öncə bunları dilə gətirib:

“Oyun bizim üçün yaxşı alındı. Bu üç xal bizə çox lazım idi. Şadam ki, qarşıya qoyulan vəzifəyə çata bildik”.

İki gün öncə Avropa Liqasında Serbiya “Partizan”ı ilə çətin oyuna çıxan “ağ-qaralar”ın futbolçusu ağır qrafikdən də şikayətlənib: “Təbii ki, belə qrafikdə oynamaq heç də asan deyil. Amma biz özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. “Bakı” ilə oyunda da məhz bunun sayəsində istəyimizə nail olduq. Lakin buna çox çətinliklə nail olduq”.
 
Vobay “Bakı” ilə oyundakı hakimlikdən də danışıb: “Fikrimcə, baş hakim mənə qarşı qayda pozuntusuna yol verən Novruz Məmmədova qırmızı vərəqə göstərməklə düzgün qərar qəbul etdi. Çünki həmin futbolçu mənə qarşı çox kobud oynadı. Ona görə də hakimin qərarını ədalətli sayıram”.
 
Julius komandasının qarşıdakı “Tərəqqi” ilə kubok oyunundan da danışıb: “Etiraf edim ki, bu rəqib haqda çox şey bilmirəm. Amma inanmıram ki, onlarla oyunumuz asan keçsin. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni etməliyik. Bilirik ki, rəqibimiz Birinci Divizion təmsilçisidi. Amma işimizin asan olacağını düşünmürəm”.
 
Ehtimal var ki, “Neftçi” məhz ağır qrafik səbəbindən kubok oyununa ehtiyatda qalan futbolçularla çıxsın: “Bunu dəqiq deyə bilmərəm. Yaxşısı budu bu sualı baş məşqçi Böyükağa Hacıyevə ünvanlayasınız”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.