26 noyabr 2012 14:24

Vaqif Cavadov: Porblem futbolçularda yox, klublardadı

“Qarabağ”ın hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 14-cü turunun “Turan”la oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Turan”la oyunu necə şərh edə bilərsiz?
- “Qarabağ” qələbə qazanmaq istəyirdi. Bunun üçün əlimizdən gələni etdik. Amma ikinci hissədə “Turan”ın futbolçuları vaxt öldürməyə başladılar. Onların sadəcə bəxti gətirdi. Əks halda heç 1 xal da qazana bilməzdilər. Lakin bu xal itkisinə görə günahkar özümüzük. Çünki ikinci qolu vurmalıydıq. Bu xal itkisi bizim planlarımıza daxil deyildi. Liderə yaxınlaşmaq istəyirdik.
 
- Amma “Qarabağ” bu oyunda hətta qol epizodu yaratmağa da çətinlik çəkirdi...
- Adətən biz çox qol epizodu yaradırıq. Amma onları dəyərləndirə bilmirik. Bu oyunda isə rəqib bizi meydanın mərkəzində qarşılamağa çalışırdı və topu dərhal meydanın bizə aid hissəsinə göndərirdi. Fikrimcə, heç-heçəyə rəğmən, biz yaxşı oynadıq.
 
- Niyə əsas heyətdə deyildiniz?
- Baş məşqçi belə qərar vermişdi. Əvvəlki iki oyunda əsas heyətdə çıxmışdım. Amma bu dəfə ehtiyatda gözləyirdim. Əsas odu ki, komanda məğlub duruma düşdüyü qarşılaşmadan xalla ayrılmağı bacardı.
 
- Bombardirlər siyahısında heç bir azərbaycanlının olmaması sizi narahat etmir?
- Mən yalnız öz komandamıza görə cavab verə bilərəm. “Qarabağ”ın bombardiri olmaq çox çətindi. Bizdə bütün komandanın işlədiyi futbolçu yoxdu. Yəni qol epizodlarımızda hər bir futbolçu iştirak edə bilər. Şadam ki, Muarem Muarem mövsümün əvvəlində dörd qol vurmağa nail oldu. O, yaxşı futbolçudu. Amma bombardirlikdən daha vacib olan komandanın uğur qazanması, çempion olması, avrokuboklara vəsiqə qazanmasıdı.
 
- Bəs bizim hücumçularımıza nə olub ki?
- Mənə elə gəlir ki, burda problem təkcə futbolçularda yox, həm də daha çox legioner gətirməyə üstünlük verən klublarımızdadı. Yerli hücumçulara çox az diqqət yetirilir. Futbolumuzda hücumçu probleminin olduğunu düşünmürəm.

- Qarşıda sizi “Kəpəz”lə kubok oyunu gözləyir...
- Bildiyimə görə, Gəncədəki stadionun qazonu çox pisdi. Amma istənilən halda oynamalı olacağıq. Mahmud Qurbanov möhkəm komanda yaradıb. O, əsasən gənclərə üstünlük verir. Fikrimcə, bu komanda “Qarabağ”a ciddi müqavimət göstərəcək. İstəməzdik ki, oyunun taleyi əlavə vaxta və penaltilərə qalsın. Belədə hər şey baş verə bilər. Hər şeyi 90 dəqiqədə aydınlaşdırmaq lazımdı.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.