27 noyabr 2012 02:30

Bakı İbrahim Karqbonu əsas komandadan uzaqlaşdırır

Xəbər verdiyimiz kimi, “Bakı”nın futbolçusu İbrahim Karqbonun Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyununda bilərəkdən zəif oynadığına dair şübhələr yaranıb. Azerisport.az xəbər verir ki, buna dair şübhələrin olmasını qarşılaşmanın baş hakimi Elçin Məmmədov da saytımıza müsahibəsində iddia etmişdi.

Daim sabit çıxışı ilə seçilən 30 yaşlı syerra-leonelinin məhz flaqman qarşısında kobud səhvlərə yol verməsi birmənalı qarşılanmır. Onun xüsusilə ilk dəqiqələrdə “Neftçi”yə fərqlənmək imkanı yaratması, amma rəqibin bu imkandan yararlana bilməməsi, “Bakı” hesabı açdıqdan az sonra Karqbonun penaltiyə səbəbkar olması və nəhayət, uzatma dəqiqələrində Flavinyonun qoluna əngəl olmaması şübhəli məqamlar kimi hallandırılır. Hətta onun “Neftçi”nin heyətində çıxış edən həmyerlisi və Syerra-Leone yığmasındakı komanda yoldaşı Julius Vobayla gizli sövdələşməyə getmə ehtimalı araşdırılır.
 
Hər ehtimala qarşı bu oyundakı zəif çıxışına görə Vobayın əvəzedici komandaya göndərilməsi gözlənilir. Lakin onunla bağlı şübhələr doğrulacağı halda, daha sərt tədbirlərin görülməsi də istisna olunmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.