27 noyabr 2012 17:10
Zeynalov yenə sıradan çıxdı
“Kəpəz”in qapıçısı Xəyal Zeynalov komanda yoldaşlarından ayrı düşüb. Azerisport.az xəbər verir ki, son iki oyunda əsas kapitan Azər Məmmədovun start heyətində yoxluğunda komandanı meydana çıxaran vitse-kapitan zədələnib.
Klubun həkimi Şıxəli Həsənovdan aldığımız məlumata görə, Zeynalov budun yuxarı ön əzələsinin dartılmasından əziyyət çəkir. Qapıçı “Qəbələ” ilə görüşdə zədələnib, bir müddət məşqlərə ara versə də, Lənkəran təmsilçisi ilə oyuna çıxa bilmişdi. Cənublularla matçda isə Xəyal zədəsini təzələyib. İki gündür ki, məşqlərə çıxa bilməyən futbolçunun “Qarabağ”la qarşılaşmada meydanda olmayacağı dəqiqdir.
