27 noyabr 2012 17:34

Baçana Tsxadadze: İnterin Gürcüstanda çox azarkeşi var

“İnter”in hücumçusu Baçana Tsxadadze müsahibəsində “Simurq”la keçirilən oyun barədə danışıb, Azərbaycan Kuboku çərçivəsində MOİK-ilə baş tutacaq matç barədə fikirlərini açıqlayıb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Simurq”la oyun “İnter” üçün uğursuz alındı. Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Bir neçə əsas oyunçunun olmaması oyunumuza çox pis təsir göstərdi. Birinci hissədə Valeri Abramidzenin zədə alması vəziyyəti daha da ağırlaşdırdı. Oyunumuz istədiyimiz kimi alınmadı. Zaqatalada oynamaq həmişə çətindir, bununla bərabər, “Simurq” bu mövsüm daha yaxşı görünür. Onlar kollektiv futbol oynayırlar və kompakt şəkildə fəaliyyət göstərirlər. Etiraf edim ki, rəqib bizdən daha yaxşı oynayırdı və layiqli qələbəyə nail oldu.
 
- Üzürlü səbəbə görə baş məşqçi Kaxaber Tsxadadze də oyunda iştirak etmirdi. Atasının səhhətinin pisləşməsi üzündən Gürcüstana getmişdi. Yəqin baş məşqçinin olmaması da komandanın oyununa mənfi təsir göstərdi. Babanızın (K.Tsxadadzenin atası) səhhəti barədə məlumat verməyinizi xahiş edirik.
- Bu xəbər bizi çaşdırdı. Baş məşqçinin olmaması, əlbəttə ki, komandaya çox pis təsir göstərdi. Babamın səhhətində problem yaranmışdı. Lakin Allaha şükür, indi vəziyyəti yaxşıdır.
 
- “Simurq”la matçda məğlubiyyət “İnter”in turnir cədvəlində yerini bir qədər pisləşdirdi. Zaqatala klubu toplanmış xallara görə komandamızla artıq bərabərləşdi. Bundan başqa, “İnter”i digər klublar da təqib edir...
- Bu il çox gərgin çempionat müşahidə edilir. İndi “ilk atlılıq”da olan komandaların hər birinin birinci yerə yüksəlmək şansı var. Lakin səmimi deyirəm ki, bu fakt bizə kifayət qədər müsbət təsir göstərir, axı turnir cədvəlindəki bölgü bizə rahatlaşmağa imkan vermir. Bizim üçün hər komanda yüksək yerlər uğrunda bilavasitə rəqibdir. Hazırda biz ilk yeri “Simurq”la paylaşırıq, ancaq ümid edirəm ki, yaxın gələcəkdə “İnter” şəriksiz birinci yerə çıxacaq və təqibçilərindən uzaqlaşacaq.
 
- Artıq noyabrın 28-də “İnter” Azərbaycan Kuboku uğrunda mübarizəyə başlayacaq. 1/8 final mərhələsində komandanız Birinci divizionun təmsilçisi MOİK-lə qarşılaşacaq. Bu görüş haqqında nə deyə bilərsiniz? Rəqiblə tanış olmaq mümkün oldu?
- Səmimi deyim ki, MOİK barədə hələlik az məlumatım var. Ancaq əminliklə deyə bilərəm ki, hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Rəqibin qiymətləndirilməməsindən söhbət gedə bilməz, axı belə olarsa, o zaman ciddi problemlərimiz yarana bilər. Rahatlaşsaq və rəqibə özünü göstərməyə imkan versək, o halda bu, bizim üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Öz futbolumuzu oynamaq və arsenalımızda nələrin olduğunu nümayiş etdirmək lazımdır. 
 
- Demək olar ki, Azərbaycan Kubokunda “İnter”in bəxti daim gətirmir. Belə ki, komandanız 4 dəfə bu turnirin finalına vəziqə qazanıb, lakin 4 dəfə də “İnter” arenanı yalnız gümüş medallarla tərk edib. Sizin fikrinizcə, komanda bu mövsüm bu uğursuz kubok sindromunu qırmağı bacara biləcək?
- Bizə bu barədə az düşünmək lazımdır. Diqqəti ötən uğursuzluqlar üzərində cəmləşdirmək lazım deyil. Şəxsən mən hər hansı bir sindroma inanmıram. “İnter” üçün hər mövsüm yeni titullar qazanmaq imkanıdır. Bizim qarşımızda ölkə çempionu olmaq  və kuboku qazanmaq tapşırığı qoyulub. Odur ki, biz məqsədimizə çatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
 
- Bu yaxınlarda Gürcüstan mətbuatına verdiyiniz müsahibəylə tanış olduq. Son vaxtlar qonşu ölkədə sizin haqqınızda belə materiallar hissediləcək dərəcə artıb. Bundan başqa, Gürcüstan KİV-i getdikcə Azərbaycan Çempionatıyla daha çox maraqlanır...
- “İnter”in Gürcüstanda çox azarkeşi var. Ona görə ki, bu klubda 6 gürcü futbolçu oynayır və 3 gürcü məşqçi çalışır. Gürcüstanda bizim nəticələrlə çox yaxından maraqlanırlar. Televiziya və internet vasitəsilə insanlar oyunumuzu izləyirlər. Onlar burada baş verən hadisələrdən daim xəbərdardırlar. Tez-tez gürcü jurnalistlər zəng edirlər və biz də onlarla həvəslə söhbət edirik. Sevindirici haldır ki, Azərbaycan Çempionatı Gürcüstanda da çox maraqlıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.