27 noyabr 2012 18:17
Qarabağ Gəncəyə 19 futbolçu ilə yollandı
Azərbaycan kubokunun 1/8 finalında səfərdə "Kəpəz"lə qarşılaşacaq "Qarabağ" bu gün Gəncəyə yollanıb. Azerisport.az xəbər verir ki, bu gün səhər Suraxanı qəsəbə stadionunda məşq edən "Qarabağ" nahar etdikdən sonra yola çıxıb.
"Qarabağ" səfərə 19 futbolçuyla yollanıb. Qeyd edək ki, ölkə kubokun 1/8 final mərhələsi bir oyundan ibarətdi.
"Kəpəz" - "Qarabağ" oyunu noyabrın 28-də, saat 13:00-da keçiriləcək.
