28 noyabr 2012 00:21
“Xəzər Lənkəranı məğlub edə bilsək, əsas diqqəti ölkə kubokuna yönəldəcəyik”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı doğma meydanda keçirəcəkləri qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Xəzər Lənkəran” Tovuza oyundan bir neçə gün öncə gəlib. Bu da onların oyuna daha yaxşı hazırlaşmaq istəyi ilə bağlıdı. Çempionatın son turunda cənublular “Kəpəz”i səfərdə məğlub ediblər. Bu da komandadakı atmosferin yaxşılaşmasından xəbər verir. Heyətlərində çox güclü futbolçular yer alır. Amma biz bu oyunda qələbə qazanmaq istəyirik. Evdə oynadığımız üçün bu şansdan yararlanmağı düşünürük. Əgər 1/4 finala çıxsaq, əsas diqqəti kuboka yönəldəcəyik”.