27 noyabr 2012 11:17

Ramiz Məmmədov: Əsas rəqibimiz Kəpəzdi

“Rəvan”ın baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 14-cü turunun “Rəvan”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- “Rəvan”dan belə oyun gözləyirdiniz?
- “Rəvan” çox yaxşı komandadı. Mən onlardan belə futbol gözləyirdim. Kemal Alispahiçə də hörmətim var. O, çox güclü kollektiv formalaşdıra bilib. Onların ilk altılıq uğrunda mübarizə aparacağını mən hələ birinci dövrədən hiss etmişdim. “Qəbələ” bu oyundan qalib ayrılmaq istəyirdi və bunun üçün hər şeyə hazır idi. Şadam ki, hətta Rəşad Abdullayevin meydandan qovulması da bizim qələbə qazanmağımıza mane olmadı.
 
- Yeri gəlmişkən, həmin epizodla bağlı nə deyə bilərsiz?
- Mətbuatda yazılıb ki, Abdullayev özünü çox aqressiv aparıb. Bu, həqiqətən belədi. Hakim də onu meydandan qovmaqla düzgün addım atdı. Təkrara da baxdıq. O, topa müdaxilə etmək istəsə də, rəqib futbolçunun ayağına zərbə endirib. Lakin hər şeydən önəmli olan komandanın qələbə qazanması idi. Bu da bizi sevindirməyə bilməz.
 
- “Qəbələ” bu tempdə nə vaxta qədər davam edə biləcək?
- Zaman göstərəcək. Komandamız istirahətə yaxşı xal ehtiyatı ilə yollanmaq istəyir. Qarşıda bizi çətin oyunlar gözləyir. Bu qarşılaşmalarda da özümüzü göstərməliydim.
 
- Qışda ciddi dəyişikliklər gözlənilir?
- Üçüncü yerdə gedən komandada nə dəyişiklik ola bilər ki? Əgər indiki mövqeyimizi qoruya, daha yüksək yerlərə qalxa bilsək, heç bir dəyişiklik olmayacaq. Bizə sadəcə yaxşı bir təlim-məşq toplanışı lazımdı. Bir də bəzi mövqelərə əlavə futbolçu ala bilərik. Amma hələ transferlər barədə düşünmürəm.
 
- İlk altılıq uğrunda əsas rəqibləriniz kimdi?
- Bütün komandalar. Əsas rəqibimiz isə “Kəpəz”di.

- Sonuncu pillədə gedən komanda?
- Bəli. Bu, o deməkdi ki, hər bir komandaya hörmət etmək lazımdı. Çempionatda zəif komanda yoxdu.
 
- Qarşıda “Qaradağ Lökbatan”la kubok oyunu var...
- Onlar ötən mövsüm Birinci Divizionda çempion olublar. Amma bəzi problemlər səbəbindən Premyer Liqada oynaya bilmədilər. Biz onlara qarşı “Neftçi” və “Simurq”la oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq. Əla baş məşqçiləri, futbolçuları var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.