27 noyabr 2012 11:39
Kubokun 3 qarşılaşması canlı yayımda
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Canlı yayımla azarkeşlərə təqdim olunacaq görüşlər bunlardı:
28 noyabr (çərşənbə)
“Qəbələ” – “Qaradağ Lökbatan”
Qəbələ şəhər stadionu, 13:30 (canlı, “İdman Azərbaycan”)
“Rəvan” – “Neftçala”
Bayıl Arena, 18:00 (canlı, “İdman Azərbaycan”)
“Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:15 (canlı, AzTV)
