27 noyabr 2012 12:03

Kubok uğrunda yeddinci cəhd

Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, öz meydanında “Qaradağ Lökbatan”ı qəbul edəcək “Qəbələ” tarixində 7-ci dəfə ölkə kubokunda mübarizəyə başlayacaq.
 
Noyabrın 28-də Qəbələdə baş tutacaq qarşılaşma rəqiblər arasında 2-ci oyun olacaq. 
Heç vaxt Premyer Liqada oynamayan I divizion təmsilçisi ilə ilk görüş də Azərbaycan kubokunda keçirilib. Həmin vaxt “Qaradağ Lökbatan” hələ “Neftçi” İSM adını daşıyırdı. Bu 2010-cu il dekabrın 10-da olub. 2010/11 mövsümünün 1/8 final mərhələsinin qarşılaşmasında 2 cavabsız qol vuran “Qəbələ” qonaqları mübarizədən kənarlaşdırmışdı.  2 ildən sonra fərqli adla “Qəbələ”nin qonağı olacaq aşağı dəstə təmsilçisi yenə 1/8 finalda eyni rəqiblə görüşəcək.
“Qəbələ” tarixində 7-ci dəfə Azərbaycan kubokunda aşağı dəstə təmsilçisi ilə üz-üzə gələcək. Komandanın özü birinci dəstədə oynadığı 2005/06 mövsümündə güclülər dəstəsi klubları ilə görüşmüşdü. Yüksək dəstəyə çıxdıqdan sonra isə 4 dueldə “birincilər” “Qəbələ”yə qarşı 6 oyun keçirib.
 
Aşağı dəstə təmsilçiləri ilə matçlarda komanda rəqiblərinə heç bir şans verməyib. 6 oyunda 6 qələbə qazanmaqla 100 faizlik nəticə göstərən “Qəbələ” top fərqində də böyük üstünlük əldə edib. Belə ki, buraxılan 2 qolun əvəzində 10 qat artıq 20 top vurulub. Özü də 2006-cı ildən sonra “birincilər” Qəbələ təmsilçisinin qapısına yol tapa bilmir.
 
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2
2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0
2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi İSM (Bakı) 2:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
 
Yarandığı 2005-ci ildə birinci dəstə təmsilçisi kimi kuboka qatılan komanda indiyədək 6 mövsüm bu yarışda çıxış edib. 2 dəfə yarımfinal, 2 dəfə ¼ finaladək irəliləyən “Qəbələ” cəmi 2 dəfə 1/8 finalda dayanıb. Ümumilikdə isə bu turnirlərdə 30 matç keçirən komanda 15-ci – yubiley qələbəsinin astanasındadır.
 
6 mövsüm ərzində “Qəbələ”ni kubok oyunlarına 4 baş məşqçi çıxarıb. Burada bütün göstəricilərdə rekord indiki baş məşqçi Ramiz Məmmədova məxsusdur. O, digər çalışdırıcılarla müqayisədə həm oyun, həm qələbə, həm vurulan top sayında öndədir.
 
30 kubok oyununda 97 futbolçunun şərəfini qoruduğu “Qəbələ”nin yalnız 6 futbolçusu 10 və daha çox matça çıxıb. Burada rekord Samir Zərgərova məxsusdur – 15 oyun.
 
Samir Zərgərov 15
Azər Həşimov 13
Turnike Aptsiauri 12
Əli İsmayılov 11
Rəhman Əzizov 10
Elnar Kərimov 10
 
Azərbaycan kubokunda “Qəbələ”nin ən yaxşı bombardiri Kənan Kərimovdur. Onun hesabında 7 qol var. Ümumilikdə isə 24 futbolçu “Qəbələ”nin kubok oyunlarındakı qollarına imza atıb. Onlardan yalnız 7-si 1 dəfədən artıq fərqlənib.
 
Kənan Kərimov  7
Vüsal Qarayev 5
İbrahim Hüseynov 4
Samir Zərgərov 3
Abdulkader Kamara 2
Rövşən Vəliyev 2
Serge Cehua 2
 
“Qəbələ”nin kubok oyunlarında 2 avtoqol qeydə alınıb. MOİK-in üzvü Natiq Qasımov öz komandasının qapısına qol vurub. “Qəbələ”nin üzvü İrakli Vaşakidze isə “Xəzər Lənkəran”la matçda rəqibi sevindirib.
 
Azərbaycan kubokunun oyunlarında “Qəbələ” 11 komanda lə görüşüb. Daha çox oyun “Bakı” ilə baş tutub – 6 dəfə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.