27 noyabr 2012 12:33
Portonun düşərgəsindən qayıdan Orxan Əliyev yekun cavabı gözləyir
Məlum olduğu kimi, futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyev noyabrın əvvəlindən Portuqaliyanın “Porto” klubunda baxışda idi. Azerisport.az xəbər verir ki, yığmamızın forvardı artıq vətənə qayıdıb.
Hazırda məxsus olduğu klubun – “Sumqayıt”ın düşərgəsinə qoşulan Orxan indi portuqalların yekun qərarını gözləyir. “Porto” rəsmiləri həmyerlimizlə bağlı qərarlarını yaxın müddətdə açıqlamalıdılar.
