30 noyabr 2012 00:53
Türkiyə kubokunda 4-cü mərhələ başa çatdı (YENİLƏNİB)
Futbol üzrə Turkiyə Kubokunda dördüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
“Tokatspor”un qonağı olan “Mersin İdmanyurdu” qələbə qazanıb. “Altay” evdə “Erciyesspor” üzərində qələbəyə sevinib. “Galatasaray” isə “Balıkesirspor”u darmadağınla yola salıb.
İkinci oyun günündə “Tavşanlı Linyitspor”la qarşılaşan “Antalyaspor” rəqibini biabır edib. “Göztepe” elita təmsilçisi “Orduspor”u məğlub etməklə sürprizə imza atıb. “Adanaspor”la “1461 Trabzon”un duelindən qonaqlar qalib ayrılıblar. “Beşiktaş” “Ankaragücü”nü, “Fenerbahce” isə “Pendikspor”u məğlub edərək, növbəti mərhələyə adlayıb.
Nəhayət, son oyun günündə “Bugsasspor”ın qonağı olan “Eskişehirspor” 4 qolluq darmadağınla mərhələ keçib. “Genclerbirligi” “Bandirmaspor”u, “Sivasspor” “Manisaspor”u, “Trabzonspor” da “Şanlıurfaspor”u qəbul edib və sürprizə imkan verməyib.
Turkiyə Kuboku
Dördüncü mərhələ
27 noyabr
Tokatspor – Mersin İdmanyurdu – 0:1
Altay – Erciyesspor – 1:0
Galatasaray – Balıkesirspor – 4:1
28 noyabr
Tavşanlı Linyitspor - Antalyaspor - 0:5
Göztepe - Orduspor - 1:0
Adanaspor - 1461 Trabzon - 1:1 (penaltilərlə - 2:4)
Beşiktaş - Ankaragücü - 3:2
Fenerbahce - Pendikspor - 1:0
29 noyabr
Bugsasspor - Eskişehirspor - 0:4
Genclerbirligi - Bandirmaspor - 5:1
Sivasspor - Manisaspor - 3:0
Trabzonspor - Şanlıurfaspor - 4:0
