27 noyabr 2012 13:04
Portuqaliya yığmasının Bakı planı indidən hazırdı
Futbol üzrə Azərbaycan və Portuqaliya yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək oyuna hələ bir neçə ay var. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma 2013-cü ilin mart ayının 26-da baş tutacaq.
Lakin portəgizlər artıq həmin oyun üçün planları indidən bəllidi. Belə ki, Kristiano Ronaldo və komanda yoldaşları Azərbaycan paytaxtına martı 23-də təşrif buyuracaqlar.
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidovdan aldığımız məlumata görə, Portuqaliya yığması oyuna qədər məhz paytaxt klubunun təlim-məşq bazasında hazırlıq keçəcək:
“Sabah Portuqaliya Futbol Federasiyasının rəsmiləri gəlməlidi. Onlar “Bakı”nın bazasına yenidən baxmaq istəyirlər. AFFA-da da bundan xəbərdardılar. Portuqallar martın 23-də və 24-də bazamızda məşq etməyi planlaşdırırlar. Ayın 25-də isə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqləri olacaq”.
