27 noyabr 2012 13:34
La Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə İspaniya La Liqasında növbəti baş məşqçi istefası baş verib. Azerisport.az xəbər verir ki, “Espanyol” rəhbərliyi baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.
Buna sözügedən komandanın son turda “Getafe”yə məğlubiyyət səbəb olub. Mövsümə onsuz da yaxşı başlamayan “Espanyol”un rəhbərliyi uğursuzluqlara son qoymaq üçün məhz baş məşqçi dəyişikliyinə əl atmağa qərar verib.
Futbolçu karyerası dövründə də “Espanyol” forması geyən və 2009-cu ildən bəri bu komandanı çalışdıran argentinalı mütəxəssis geridə qalan 13 tur ərzində cəmi 2 qələbə qazandığı hald, 3 heç-heçə və 9 məğlubiyyət yaşamışdı. Növbəti turda “Granada” ilə qarşılaşacaq “Espanyol”da Poçettinonun yerinə kimin gətiriləcəyi hələ dəqiq bilinmir.
