29 noyabr 2012 01:53
İtaliya kuboku: Torino və Chievo da Palermonun aqibətini yaşadı (YENİLƏNİB)
Futbol üzrə İtaliya Kubokunda sonuncu təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutub.
Bir oyundan ibarət bu mərhələnin açılış matçında “Palermo” evdə “Verona” ilə qarşılaşıb. Nə qədər gözlənilməz olsa da, Seriya A təmsilçisi aşağı Liqa təmsilçisinə doğma meydanda uduzaraq, 1/16 finala vəsiqə qazanmaq şansını itirib.
İkinci oyun günündə “Atalanta” “Cesena”ya qalib gəlib. Elita təmsilçilərindən “Chievo” evdə aşağı liqa klubu “Reggina”ya uduzmaqla növbəti şok yaşayan komanda olub. “Bologna” “Livorno”nu məğlub yola salıb. Daha bir sürprizi “Siena” “Torino”nu məğlub etməklə reallaşdırıb. “Fiorentina” isə “Juve Stabia” ilə qarşılaşmadan qalib ayrılıb.
Qeyd edək ki, , 1/16 final mərhələsinə son iki vəsiqənin sahibləri dekabrın 4-5-də müəyyənləşəcək. Həmin günlərdə “Catania” “Cittadella”nı, “Cagliari” “Pescara”nı qəbul edəcək.
İtaliya Kuboku
Təsnifat mərhələsi
27 noyabr
Palermo – Verona – 1:2
28 noyabr
Atalanta - Cesena - 3:1
Chievo - Reggina - 0:1
Bologna - Livorno - 1:0
Siena - Torino - 2:0
Fiorentina - Juve Stabia - 2:0
