27 noyabr 2012 14:31
Azərbaycan futbolunda yeni lipa, növbəti texniki məğlubiyyət!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra U-14 və U-13 Liqalarındakı qayda pozuntularına da hüquqi qiymət verilib.
U-14 Liqanın “Şəmkir” – UGİM (Ağstafa) matçının 47-ci dəqiqəsində “Şəmkir”in baş məşqçisi İsmayıl Nəsibov hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqanın UGİM (İsmayıllı) – UGİM (Ağdaş) matçının 36-cı dəqiqəsində UGİM (Ağdaş) klubunun futbolçusu Elvin Əfəndi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
U-13 Liqanın “Lerik” – “Dinamo” (Yardımlı) matçında “Dinamo” (Yardımlı) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqanın “Bakı” – “Bakı-008” matçında oyundan əvvəl lisenziyaların yoxlanması zamanı “Bakı-008” klubunun heyətində Vüsal Məmmədlinin əvəzinə lisenziyası olmayan futbolçunun iştirak etməsi aşkar olunub. Bu səbəbdən “Bakı-008” klubunun baş məşqçisi Elsevər Sarıyevə ciddi xəbərdarlıq edilib. Oxşar hadisənin baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
