27 noyabr 2012 14:16
Hakimi təhqir edən futbolçu 4 oyunluq diskvalifikasiya edildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
MOİK – “Şəmkir” matçının 90+1-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Ruslan Rüstəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Şahdağ” – “Qaradağ Lökbatan” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
