27 noyabr 2012 13:49
Mahmud Qurbanova beş oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Kəpəz” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Kəpəz” klubu ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirsin. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın futbolçusu Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
