30 noyabr 2012 02:25
İspaniya Kral Kuboku: Barsa da növbəti mərhələdə (YENİLƏNİB)
Futbol üzrə İspaniya Kral Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Azersiport.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Son ölkə çempionu “Real” bu mərhələdəki rəqibini yenə darmadağın edərək, 1/8 finala çıxıb. Madrid təmsilçisi ilə yanaşı “Osasuna”, “Las Palmas”, “Betis”, “Cordoba” və “Malaga” da mərhələ adlamağa nail olub.
İkinci oyun günündə İspaniyanın digər nəhəngi "Barcelona" da növbəti mərhələyə vəsiqəni təmin edib. Bu komanda ilə yanaşı "Getafe", "Levante", "Valencia" və "Sevilla" da mərhələ adlayan klubların sırasına qoşulub.
Son gündə isə "Celta", "Zaragoza" və "Mallorca" mərhələ adlamağın sevincini yaşayıb.
İspaniya Kral Kuboku
1/16 final (cavab oyunları)
27 noyabr
Osasuna – Sporting – 2:0 (ilk oyun 0:1)
Rayo Vallecano - Las Palmas – 0:0 (0:1)
Betis – Valladolid – 3:0 (0:1)
Real Sociedad – Cordoba – 2:2 (0:2)
Malaga – Cacereno – 0:1 (4:3)
Real – Alcoyano – 3:0 (4:1)
28 noyabr
Atletico - Real Jaen - 1:0 (3:0)
Getafe – Ponferradina - 0:0 (4:0)
Levante – Melilla - 4:1 (0:1)
Valencia – Llagostera - 3:1 (2:0)
Barcelona – Deportivo - 3:1 (3:0)
Espanyol – Sevilla - 0:3 (1:3)
29 noyabr
Celta – Almeria - 3:0 (0:2)
Granada – Zaragoza - 2:1 (0:1)
Mallorca – Deportivo - 0:0 (1:1)
Sonda qeyd edək ki, bu mərhələnin daha bir oyunu - “Athletic” – “Eibar” görüşü dekabrın 12-də baş tutacaq. Bu komandaların ilk görüşündə hesab açılmamışdı.
