30 noyabr 2012 02:01
Fransa Liqa Kubokunda bütün yarımfinalçılar bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə Fransa Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azersiport.az xəbər verir ki, tək oyundan ibarət bu mərhələnin ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
“Saint-Etienne” evdə PSG ilə qarşılaşıb. Fransa çempionatında at oynadan Paris təmsilçisi bu rəqibi ilə görüşdə əsas favorit sayılsa da, görüşü məğlub başa vurub. Əsas və əlavə vaxtda hesab açılmadığından, qarşılaşmanın taleyini penaltilər həll edib. Bu zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri növbəti mərhələyə adlayıblar.
İkinci oyun günündə "Montpellier" doğma meydanda "Nice" səddini çətinliklə də olsa keçərək, mərhələ adlayıb. "Lille" isə səfərdə "Batia"ya divan tutub.
Nəhayət, 1/4 final mərhələsinin son matçında "Rennes" "Troyes" üzərindəki çətin qələbə sayəsində sonuncu yarımfinalçı adını qazanıb.
Fransa Liqa Kuboku
1/4 final
27 noyabr
Saint-Etienne – PSG – 0:0 (penaltilərlə 5:3)
28 noyabr
Montpellier - Nice - 3:2
Bastia - Lille - 0:3
29 noyabr
Rennes - Troyes - 2:1
