28 noyabr 2012 02:45
Mehman Allahverdiyev: Kəpəzin uğursuz çıxışı məni narahat edir
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev Gəncə təmsilçisinin cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, keçmiş komandasının çıxışını belə şərh edib:
“Komandanın son oyunları məni çox narahat edir. Birinci altılığa düşmək şansı demək olar ki, qalmayıb. İndi sadəcə Premyer Liqada qalmaq üçün mübarizə aparmaq lazımdı. Mahmud Qurbanov pis vəziyyətdə qalıb. Bu, onun məşqçi kimi ilk təcrübəsidi. Özünü göstərməyə çalışır. Yəqin ki, qışda heyətdə müəyyən dəyişikliklər olacaq”.
