27 noyabr 2012 14:51
Hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal çempionatlarındakı qayda pozuntularına da hüquqi qiymət verilib.
25 noyabr 2012-ci il tarixində futzal üzrə birinci divizionun NTD – “Metro AİR” matçının 19-cu dəqiqəsində “Metro AİR” klubunun futbolçusu Seymur Müslümov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb.
25 noyabr 2012-ci il tarixində futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Uğur” matçının 31-ci dəqiqəsində “Uğur”un futbolçusu Emin Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Oyunun 50-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rəşad Yusibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
