27 noyabr 2012 15:25
Mahmud Qurbanov beş oyunluq cəzasına münasibət bildirdi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 14-cü turunun “Xəzər Lənkəran”la oyununda texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya olunmasına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən sakit insanam. Amma hərdən emosiyalarıma sahib ola bilmirəm. Oyunun sonlarında bir qədər özümdən çıxmışdım. Ola bilər ki, həmin vaxt nəsə kobud söz demişəm. Lakin mənə elə gəlir ki, mən futbolçunun ünvanına danışırdım, hakimin yox. Dördüncü hakim İnqilab Məmmədov isə bunu baş hakimə bildirdi və Vüsal Əliyev məni texniki zonadan uzaqlaşdırdı. Görüşdən sonra bu qırmızı vərəqənin səbəbini də öyrənməyə çalışdım. Amma alınmadı. Bu, mənim kimi məşqçilikdə ilk addımlarını atan biri üçün çox sərt qərardı. Eləcə də çətin günlərini yaşayan klubumuz üçün. Belə cəza çox üzücüdü”.