27 noyabr 2012 16:09
“Bu futbolçuları bizə Rail Məlikov məsləhət görüb”
Türkiyənin “Denizlispor” klubunun baş meneceri Mehmet Ali Keskinler Azərbaycana səfər etmələri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Həftə sonlarında adətən bizim çempionatda oyunlarımız olduğu üçün Azərbaycana gələ bilmirdik. Azərbaycan kubokunun oyunları isə həftəiçi keçirilir. Ona görə də biz bu imkandan yararlanmaq qərarına gəldik. Rail Məlikov bizə bəzi futbolçulara baxmağı məsləhət görüb. “Turan” – “Xəzər Lənkəran” matçını izləmək üçün Tovuza gedəcəyik. Salif Ballo ilə yaxından maraqlanırıq. Rəşad Sadiqovla bağlı “Neftçi”, Zohair Benuahi ilə bağlı AZAL rəsmiləri ilə danışıqlar aparmaq fikrimiz var”.