27 noyabr 2012 16:16

Rail Məlikov: Denizlispor mənə görə milyon dollar tələb edir

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Son turda komandanız çempionatın liderlərindən biri ilə sülh bağladı...
- “Karşıyaka” ilə səfərdə heç-heçə etmək pis nəticə sayılmamalıdı. Son turlarda komandamız çox yaxşı sərgiləməyə başlayıb. Bizim oyunumuzda yeganə çatışmayan məqam ələ düşən qol epizodlarını dəyərləndirə bilməməyimizdi. Elə son oyunda futbolçularımız dörd dəfə rəqib qapıçı ilə üz-üzə qaldığı halda, bundan yararlana bilmədilər.
 
- Yer aldığınız müdafiə xəttində problem yoxdu ki?
- Xeyr, müdafiə xəttimiz güclüdü. Son oyuna da zədəli çıxmışdım. Ümumiyyətlə, Türkiyə Birinci liqasında oynamaq çox maraqlıdı. “Karşıyaka” ilə oyunumuzu yeddi min azarkeş izləyirdi.
 
- Bəs sizin ev oyunlarınıza nə qədər azarkeş toplaşır?
- Orta hesabla 7-8 min azarkeş olur. Uğurlu çıxışlarımız olanda onların sayı artır.
 
- Hazırda isə komandanız 12-ci yerdə gedir...
- İki il əvvəl “Denizlispor” birinci dövrəni ilk sırada bitirib. Özü də 10 xal fərqilə. Amma həmin mövsümü komanda 8-ci yerdə bitirib. Bunu ona görə deyirəm ki, turnir cədvəli kənardan baxanları aldatmasın. Komanda yoldaşlarım da deyir ki, hər şeyə ikinci dövrədə aydınlıq gələcək.
 
- Deməli, siz hələ Super Liqaya çıxmaq ümidinizi itirməmisiz?
- Xeyr. Digər klublar kimi bizim də şansımız hələ qalır.
 
- Sizi komandanın vitse-kapitanı seçiblər. Bu, yeni gələn futbolçu üçün tez deyilmi?
- Bu sualı klub rəhbərliyinə  verməniz yaxşı olardı. Əgər mənə bunu etibar edirlərsə, deməli layiqəm.
 
- Mövsümü bu komandada başa vurmağı düşünürsüz?
- Hələ məlum deyil. Mənimlə Super Liqa klublarından da maraqlananlar var.
 
- Deməli, yalnız Super Liqa klubuna keçməyə hazırlaşırsız?
- Elə Birinci Liqada çıxış edən klublardan da 3-4-ü maraqlanır. Əgər daha ambisiyalı klublardan real təklif gəlsə, niyə də olmasın? Klub rəhbərliyi mənə görə milyon dollar tələb edib. Əlbəttə, müəyyən güzəşt edilməsi də mümkündü. Amma hazırda hələ “Denizlispor”a məxsusam.
 
- Türkiyədəki uğurlu çıxışınıza rəğmən yığmanın baş məşqçisi Berti Foqts hələ də sizə dəvət göndərmir. Bəlkə almaniyalı mütəxəssislə aranızda münaqişə var...
- Xeyr. Mənim onunla heç bir münaqişəm olmayıb. Sadəcə “Neftçi”ni tərk edəndən sonra məni bir kənara qoyublar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.