27 noyabr 2012 16:50

Yurmalanın baş məşqçisi: Neftçi bunu gerçəkləşdirəcək gücdədi

Latviyanın “Yurmala” futbol klubunun baş məşqçisi Vladimir Paçko “Neftçi” PFK-nın qonağı olub. Azerisport.az xəbər verir ki, Pro kateqoriyası üzrə təhsil alan təcrübəli mütəxəssis təcrübə keçmək üçün bir həftə ərzində komandamızın məşqlərini və oyunlarını izləyib. Məşqçi “Neftçi” haqqında təəsüratlarını klubun rəsmi saytına danışıb:
 
- Vladimir Nikolayeviç Bakıya səfəriniz necə keçdi? İlkin olaraq təəsüratlarınızı öyrənmək istərdik.
- Əvvəlcə onu deyim ki, Bakıya təcrübə keçmək üçün gəlmişdim. Pro kateqoriyası üzrə təhsil aldığım üçün Avropa Liqasında mübarizə aparan klublardan birinin düşərgəsinə yollanmaq lazım idi. Bu klubların oyunlarını diqqətlə izlədikdən sonra Azərbaycan tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi”nin düşərgəsinə yollanmaq qərarına gəldim. “Neftçi” heyətində milyonlar qazanan ulduz futbolçuların olmaması və yerli gənclərə güvənməsi ilə diqqətimi cəlb etdi. “Neftçi”nin düşərgəsinə gəlməyim həm də klub prezidentimizin xahişi ilə oldu. Çünki “Yurmala” klubunda da üstünlük yerli gənclərə verilir və buna görə də “Neftçi”nin təcrübəsindən yararlanmaq istədik.
 
- “Neftçi”də gördüklərinizdən nə qənaətə gəldiniz?
- Mən futbolda qələbəni şərtləndirən əsas məqamları sadalamaq istərdim. Burada komanda kökündən düzgün qurulub. Aşağı yaş qruplarından tutmuş əsas komandaya qədər mütəşəkkil iş aparılır. Legioner futbolçularla yerli oyunçuların gözəl vəhdəti yaradılıb. Klub rəhbərliyi və baş məşqçi ilə görüşlərimdə bunun bir daha şahidi oldum. “Neftçi”nin “Partizan” və “Bakı” klubları ilə oyunlarını stadiondan izlədim. “Partizan”la görüşdə komandanız ərazi üstünlüyünü ələ almışdı və rəqib qapısı ağzında bir neçə qol vəziyyəti yaratmışdı. Amma bu futboldu qələbəyə layiq olsan belə bəxt amili öz sözünü deyir. “Bakı” ilə oyunda isə futbolçular yorğun olmaqlarına baxmayaraq sona kimi döyüşüb qələbə qazandılar. Bu isə futbolçularda qələbə ruhunun necə güclü olmasından xəbər verir.
 
- İzlədiyiniz qarşılaşmalarda konkret hansı futbolçuların oyununu bəyəndiniz?
- Komandanızda şıxış edən legioner futbolçular hamısı yaxşı təsir bağışladı. Amma mən əsasən “Neftçi”nin yetirməsi olan yerli futbolçuların çıxışını qeyd etmək istərdim. Müdafiə xəttində 4 və 32 nömrəli futbolçular  (Tərlan Quliyev və Elvin Yunuszadə nəzərdə tutulur) gələcək vəd edir. Yarımmüdafiə xəttində də bir neçə futbolçunun oyununu bəyəndim. İmamverdiyev, Abdullayev və Seyidov hücumların təşkilində fəal iştirak edirlər. Bu futbolçular gənc olmalarına baxmayaraq bütün oyunlarda meydana çıxır. Düşünürəm ki, “Neftçi” bu oyunçulara güvənməkdə haqlıdır. Çünki onlar Azərbaycan futbolunun gələcək simalarıdır.
 
- “Neftçi” növbəti mövsümdə də uğurun davamını gətirməyi hədəfləyir
- Məncə “Neftçi” bunu gerçəkləşdirəcək gücdədir. Komandada düzgün seleksiya işləri aparılır. Əgər futbolçu yetişdirmək siyasəti düzgün gedirsə gələcəyə ümidlə baxmaq lazımdı. Komandanız qrup mərhələsinə vəsiqə qazanmaqla ilk addımı atdı. Bundan sonra avrokubokların daimi iştirakçısı olmaq lazımdı. Bu həm futbolçuların təcrübə toplaması baxımından, həm də ölkənizin klub reytinqinin yüksəlməsi sarıdan vacibdir. İnanıram ki, “Neftçi” bu il də ölkə çempionu olsa, avrokuboklardakı nəticələrini təkrarlaya yaxud yaxşılaşdıra bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.