27 noyabr 2012 17:02
Kəpəz Qarabağ ilə oyun üçün hazırlıqları yekunlaşdırdı
Sabah ölkə kubokunun 1/8 final mərhələsində Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” oyunla bağlı hazırlıq prosesini yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda cəmi 2 gün məşq edə bilib.
“Xəzər Lənkəran”la matçın ertəsi günü dincələn futbolçular dünən və bu gün məşqə çıxıblar. Bu günkü məşq saat 11:00-da Gəncə şəhər stadionunun əsas meydançasında keçirilib. Çalışmalar saatyarım davam edib. Hazırlığa isinmə hərəkətləri ilə başlayan oyunçular daha sonra baş məşqçi Mahmud Qurbanovun tapşırığına əsasən, qapıya doğru zərbələr üzərində işləyiblər.
Məşqin sonunda isə futbolçular ikitərəfli oyun keçiriblər.
