28 noyabr 2012 16:58
Ramiz Məmmədov: Qarşıdakı Bakı ilə çətin oyunu nəzərə almışdım
Azərbaycan kubokunun 1/8 final mərhələsində Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə məğlub edən “Qəbələ” ¼ finalda “Qarabağ”ın rəqibi oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçilər oyunla bağlı fikirlərini açıqlayıblar:
Adil Mahmudov, “Qaradağ Lökbatan” klubunun baş məşqçisi: “Ciddi rəqiblə qarşılaşdıq, “Qəbələ” ölkə çempionatında iddialı komandadır. Çətin oyun olacağını bilirdik. Komandam yaxşı oynadı, lakin müdafiəmizdə müəyyən boşluqlar oldu ki, rəqib də bundan yararlandı”.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Rəqibimiz güclü komandadır, iddialıdır. Bu gün yaxşı oyun göstərdilər. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Qarşıdakı “Bakı” ilə çətin oyunu nəzərə almışdım. Bu üzdən də gənc futbolçulara şans verdik. Onların oyunundan razı qaldım”.
