28 noyabr 2012 17:18
Karles Bakes: Layiqli qələbə qazandıq
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Turan”la qarşılaşan “Xəzər Lənkəran” dramatik məcrada keçən matçda oyunsonrası penaltilərlə növbəti mərhələ yüksələn tərəf oldu. Azerisport.az xəbər verir ki, komandaların baş məşqçiləri oyundan sonra bunları dilə gətiriblər:
Karles Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “İlk dəqiqələrdə qol buraxdıq, lakin sona qədər ümidimizi itirmədik, mübarizə apardıq. Oyunun son saniyələrində hesabı bərabərləşdirə bildik. Həm oyunumuza görə, həm də yaratdığımız qol epizodlarına görə layiqli qələbə qazandıq. Azarkeşlərimiz uzun yol qət edib bura gəlmişdilər, dəstəyə görə onlara təşəkkürümü bildirirəm. Gələcək oyunlarda da onları sevindirməyə çalışacağıq”.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “Oyun gərgin mübarizə şəraitində keçdi. Komandam yaxşı oynadı, futbolçulardan razıyam. “Xəzər Lənkəran”ı növbəti mərhələyə keçməsi ilə təbrik edirəm”.
