28 noyabr 2012 17:51
Azərbaycan Çexiya, Litva və Ukraynaya rəqib oldu
2013-ci il yanvarın 5-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1995-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə qrupların tərkibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayacaq Azərbaycan yığmasının da rəqibləri məlumdu.
A qrupunda yer alan təmsilçimiz Çexiya, Ukrayna və Litvaya rəqib olub.
Bütün qrupların tərkibi isə aşağıdakı kimidi:
A qrupu: Çexiya, Ukrayna, Azərbaycan, Litva
B qrupu: Yunanıstan, Sloveniya, Rusiya, Latviya
C qrupu: Türkiyə, Finlandiya, İran, Qazaxıstan
D qrupu: Belçika, İtaliya, Sank-Peterburq, Belarus
