28 noyabr 2012 18:00
Kurban Berdıyev yenidən Bakıda
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev Azərbaycana səfərə gəlib. Azerisport.az xəbər verir ki, onun ölkəmizə bu dəfəki gəlişinin konkret səbəbləri məlum deyil.
Amma Tatarıstandan olan həmkarlarımızın yazdığına görə, Berdıyevin bu gün başlayan səfəri “Neftçi”də gözaltı etdiyi futbolçularla bağlıdı. Məsələn, Kazan klubunun çalışdırıcısı müdafiəçi Tərlan Quliyevlə maraqlanır. Lakin onun digər futbolçuları da baxışdan keçirməsi, ilkin danışıqlar aparması istisna deyil.
