28 noyabr 2012 20:01
Denizlisporun rəsmisi: Elvin Məmmədov xoşumuza gəldi
Türkiyənin “Denizlispor” klubunun baş meneceri Mehmet Ali Keskinler Azərbaycana səfərləri ilə bağlı növbəti açıqlama verib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əlbəttə, kubok oyunları futbolçunun özünün ən yaxşı keyfiyyətlərini nümayiş etdirməsinə imkan vermir. Amma izlədiklərimizə əsasən deyə bilərəm ki, Elvin Məmmədov xoşumuza gəldi. Yaxşı futbolçudu. Mümkündü ki, Türkiyəyə qayıtdıqdan sonra onun məsələsinə baxılsın. Biz həmçinin “Neftçi”dən Rəşad Sadiqovla maraqlanırıq. O, bizim maraq dairəmizdədi. Eyni zamanda AZAL-dan Zohair Benuahi də bizi maraqlandırır”.
Qeyd edək ki, “Denizlispor”da Rail Məlikov çıxış edir. Bu və digər futbolçuları da Türkiyə klubunun rəsmilərinə məhz o məsləhət görüb. Lakin hələlik qış transfer pəncərəsi dövründə Premyer Liqamızda çıxış edən futbolçulardan kimlərin Məlikova qoşulacağı dəqiq bilinmir.
