28 noyabr 2012 20:12
Georgi Çixradze qələbəni, Vaqif Sadıqov məğlubiyyəti şərh etdi
Azərbaycan kubokunun 1/8 final mərhələsinin yunları çərçivəsində AZAL doğma meydanda “Simurq”a 0:1 hesabı ilə məğlub oldu. Azerisport.az xəbər verir ki, komandaların baş məşqçiləri oyundan sonra bunları dilə gətiriblər:
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Kubok oyunları son saniyəsinədək həmişə gərgin keçir. Bu mərhələdə tək oyunlar olduğu üçün daha da çətin olur. Oyunun ilk hissəsində qol vurduq, bundan sonra daha çox əks-hücumda oynadıq. Komandamın oyunundan və nətiəcədn razıyam”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “AZAL və “Simurq” komandalarının oyunları həmişə çətin keçir. Yaxşı oynadıq, komandamda futbol adına hər şey gördüm, təəssüf ki, qol vura bilmədik. “Simurq” əbəs yerə birinci yerdə olmadığını sübut elədi”.
