28 noyabr 2012 20:20
Azərbaycan kubokunda 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşdi
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az baş tutan 8 qarşılaşmada qeydə alınmış nəticələri bir daha diqqətinizə çatdırır:
AZAL – Simurq – 0:1
Tərəqqi - Neftçi – 0:3
Qəbələ - Qaradağ Lökbatan – 2:0
Kəpəz - Qarabağ – 0:2
Bakı – Sumqayıt – 3:1
MOİK - İnter – 0:3
Rəvan – Neftçala – 2:1
Turan - Xəzər Lənkəran – 1:1 (penaltilərlə 3:5)
Bu nəticələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Beləliklə, kubokun növbəti mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcəklər:
Simurq – Neftçi
Qəbələ – Qarabağ
Bakı – İnter
Rəvan – Xəzər Lənkəran
Qeyd edək ki, Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları 27 fevral 2013-cü ildə, cavab qarşılaşmaları isə 7 mart (cümə axşamı) keçiriləcək.
