28 noyabr 2012 20:37

Kemal Alispahiç mərhələ adlayan komandasından narazı qaldı

Azərbaycan kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi “Neftçala” ilə qarşılaşan “Rəvan” əzmkar oyun göstərərək hesabda geri düşdüyü oyunda 2:1 hesablı qələbə qazanaraq ¼ finala yüksəldi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçilər oyunla bağlı bunları dilə gətiriblər:
 
Hüseynqulu Quliyev, “Neftçala” klubunun baş məşqçisi: “Hər bir futbolçuma layiqli mübarizə əzminə görə, göstərdiyi oyuna görə təşəkkür edirəm. Mərhələ keçə bilmədik, bizim üçün çətin oyun oldu. “Rəvan” klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
 
Kemal Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Bəziləri futbolda nəticənin əsas olduğunu düşünürlər. Mənim üçün komandanın gözəl oyun göstərməsi daha vacibdir. Komandamın bugünkü oyunundan narazı qaldım, ola bilər ki, futbolçular psixoloji cəhətdən oyuna hazırlaşa bilmədilər. Son dəqiqədə qələbə qolunu vurduq, mərhələ keçdik. “Neftçala”nın bu cür oynamağa davam etsə, gələn mövsüm Premyer Liqada bizim rəqibimiz olacağına inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.