28 noyabr 2012 11:28

Mahmud Qurbanov: Kəpəzdə maliyyə problemləri var

“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- AFFA-nın sizi beş oyunluq cəzalandırması ilə razısız?
- Xeyr. Ən azı ona görə ki, mən hakimi təhqir etdiyimi xatırlamıram. Mən həmin vaxt oyunçularla danışırdım. Necə də olmasa, mən məşqçilikdə ilk addımlarımı atıram, komandam pis vəziyyətdədi. Bütün bunlar azmış kimi belə bir cəza verirlər. Belə bir vəziyyətə düşmək mənim üçün çox xoşagəlməz haldı.
 
- Amma bu cəza sizin komandanızı “Qarabağ”la kubok matçına çıxarmağınıza problem yaratmayacaq. Bu oyundan nə gözləyirsiz?
- Bizə qələbə qazanmaq lazımdı. Çünki mövsümdə uğur qazanmaq üçün ən qısa yol məhz kubokdan keçir. Əgər növbəti mərhələyə vəsiqə qazansaq, bu, bizim üçün çox yaxşı nəticə olacaq.
 
- Sürprizə hazırlaşmağa dəyər?
- Mən deməzdim ki, “Kəpəz”in “Qarabağ” üzərindəki qələbəsini sürpriz hesab etmək olar. Biz kifayət qədər normal futbol sərgiləyirik. Komanda qələbəyə köklənib. Evdə oynayırıq. Azarkeşlər də bizi dəstəkləyəcəklər.
 
- Bəs rəqibi necə xarakterizə edərdiniz?
- “Qarabağ”ın oyunçuları top saxlamağı sevirlər. Biz onlara ilk dəqiqədən belə imkan yaratsaq, işimiz çox çətin olacaq. Biz elə etməliyik ki, rəqib komanda Gəncədən oynadığını hiss etməlidi. Rəqib futbolçular bir-birini çox yaxşı başa düşürlər. Amma onların qarşılaşmanın favoriti hesab olunması bizim xeyrimizə işləyə bilər.
 
- Emin İmaməliyevlə Bəxtiyar Soltanovu meydana buraxacaqsız?
- Mən mətbuatda oxudum ki, “Qarabağ”la oyunlarda bu futbolçuların xidmətindən yararlanmamaqla bağlı xüsusi razılıq var. Amma bu, qətiyyən belə deyil. Belə bir razılıq çempionat oyunları üçün keçərlidi. Kubokda isə nəzərdə tutulmayıb. Ona görə də hər iki futbolçunu meydana buraxacağam.
 
- “Xəzər Lənkəran”la oyunla müqayisədə nə dəyişiklik etməyi planlaşdırırsız?
- Yəqin ki, qapıçı dəyişiləcək. İvan Radoşa oynamaq şansı vermək lazımdı. Amma bütövlükdə kim daha yaxşı hazırlıqlıdırsa, onlar da meydana çıxacaqlar.
 
- Qışda heyətdə dəyişiklik edəcəksiz?
- Bəli. Lazımsız futbolçular komandadan gedəcəklər. Əsas diqqəti yerli və gənc futbolçulara ayıracağıq. “Kəpəz” Premyer Liqada qalmaq istəyirsə, heyətini gücləndirməlidi.
 
- Mətbuatda belə bir məlumat var ki, komanda üzvləri üç aydı maaşlarını ala bilmir...
- Bəzi maliyyə çətinliklərimiz var. Amma yaxın günlərdə hər şey yoluna qoyulmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.