28 noyabr 2012 12:47
Yığmamızın müdafiəçisi yenə sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Eskişehirspor” klubunun müdafiəçisi Ufuk Budaq yenidən sıradan çıxıb. Azerisport.az xəbər verir ki, onun zədəsinin ciddi olduğu bildirilir.
Bu üzdən yığmamızın üzvü ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Həkimlər onun dekabr ayının ortalarında sıraya dönməsini proqnozlaşdırırlar.
Qeyd edək ki, Ufuk “Eskişehirspor”un “Kartalspor”la son matçını da buraxmışdı.
